Dabo "Qəbələ" ilə oyuna çıxmayacaq?

"Neftçi" futbol klubu, Topaz Premyer Liqasının 8-ci turunda qarşılaşacağı "Qəbələ" ilə oyunun hazırlığını davam etdirir. Klubun rəsmi saytında yer alan xəbərə görə, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə məşqə çıxıb. Məşqdə Ruslan Abışov, Haiti milli komandalarının düşərgəsindən qayıtmayan Soni Mustivar və yüngül zədəsi olan Baqali Dabo iştirak etməyiblər. Fransalı futbolçunun "Qəbələ" ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır. Hazırlığa sabah oyunöncəsi son məşqlə yekun vurulacaq.

Xatırladaq ki, oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" – "Neftçi" oyunu saat 17:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə