UEFA "Viktoriya" klubuna qarşı intizam işi açıb

UEFA Çexiyanın "Viktoriya" (Plzen) klubuna qarşı intizam işi açıb. Qurumun saytında yer alan məlumata görə, araşdırma Çempionlar Liqasının I turunda evdə Rusiya MOİK-i ilə matçda baş verən hadisələrlə bağlı aparılacaq. Həmin qarşılaşmada Çexiya təmsilçisinin azarkeşləri meydana plastik butulka və digər əşyalar atmaqda ittiham olunurlar. Qeyd edək ki, "Viktoriya" - MOİK matçı 2:2 hesabı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə