Əmrə Candan Ronaldoya dəstək: "Qırmızı vərəqə göstərilməməliydi"

"Yuventus"un yarımmüdafiəçisi Əmrə Can dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun "Valensiya" ilə səfər oyununda (2:0) komanda yoldaşı Kriştiano Ronaldonun qırmızı vərəqə aldığı epizoda münasibət bildirib.
"Goal.com" bu barədə xəbər yayıb. Məlumatda deyilir ki, türk əsilli alman futbolçu matçın baş hakimi Feliks Brixin qərarının düzgün olmadığını söyləyib:

"Eşitdiyimə görə, hakim qırmızı vərəqəni Ronaldoya rəqibin saçından dartdığı üçün göstərib. Biz qadın deyilik, futbol oynayırıq. Əgər belə şeyə görə "qırmızı" verirsənsə, onda istənilən qayda pozuntusu zamanı oyunçunu meydandan qovmalısan. Yüz faiz deyirəm ki, qırmızı vərəqə göstərilməməliydi".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...