Quti “Real”ın baş məşqçisi olmaq istəyir

“Real”ın sabiq futbolçusu Quti Madrid klubunun baş məşqçisi olmaq istədiyini deyib. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, hazırda “Real”ın gənclər komandasını çalışdıran Quti klubdan təklif alacağı təqdirdə, qəbul edəcəyini bildirib:

“Zidan vəzifəsinin öhdəsindən gəlir. O, vəzifəsində qalmalıdır. Ancaq Florentino Peres məni komandaya dəvət etsə, qəbul edəcəm. Axı belə təklifdən necə imtina etmək olar? Belə təklif almaq hər bir məşqçinin arzusudur”.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Quti 15 il bu komandanın şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə