Kraliça II Elizabet Azərbaycan Prezidentini təbrik edib

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdakı illərdə Azərbaycan xalqına firavanlıq və xoşbəxtlik arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə