Fidan "Uşaq Avroviziya"nın açılışında iştirak edib VİDEO+FOTO

Minsk şəhərində "Uşaq Avroviziya" müsabiqəsinin təntənəli açılışı keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanı yarışmada təmsil edən Fidan Hüseynova qırmızı xalçadan keçib.

"Junior Eurovision"da ölkəmizi "I wanna be like you" mahnısı ilə təmsil edəcək Fidan jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, yarışma artıq ikinci dəfədir Minsk şəhərində keçirilir. Müsabiqənin final gecəsi noyabrın 25-də olacaq. Gecədə 20 ölkənin təmsilçisi yer alacaq. Fidan yeddinci nömrə altında səhnəyə çıxacaq.

12 yaşlı Fidanın adı Azərbaycanın "Qızıl kitab"ına düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə