Uzun müddət prostat xərçəngindən müalicə alan müğənni Harun Kolçak vəfat edib. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, son dəfə xəstəxanaya yerləşdirilən ifaçının xərçəng xəstəliyinin bütün bədəninə yayıldığı və nəticədə təcili əməliyyat olunması lazım olduğu iddia olunub.

Qeyd edək ki, H.Kolçak Türkiyədə 90-cı illərin məşhur pop ifaçılarından sayılır. O, eyni zamanda bəstəkar və gitara ifaçısı kimi də tanınırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə