Mehman kimi kloundan bələdiyyə sədri olarsa… TƏRS BAXIŞ + FOTOLAR

Daxilindəki “müxalifətçilik” adı altında sözün əsl mənasında həyasızlıq sərgiləyən fərdlər kifayət qədərdir düşərgədə. Elə götürək Əli Kərimlini. Həmin Əli Kərimlini ki, bir müddət əvvəl icazəsiz aksiya keçirib, həyasızlığın ən pik nümayişini etdirdi Bakı küçələrində. Yəni belə bir üzücü reallıq düşərgə daxilinə o qədər çox sirayət edib ki, müxalifəti həyasızlıqdan, həyasızlığı isə müxalifətçilikdən ümumiyyətlə seçmək olmur, sanki hər ikisi bir-birini necə deyərlər, tamamlayır. Bu baxımdan, ötən həftə özünü bloqer adlandıraraq, təhsil müəssisələrinin birində ucuz şou-tamaşa göstərən Mehman Hüseynovun haray-şivənçiliyini göstərmək yerinə düşərdi.

Mövzunun tam mahiyyətinə keçməmişdən əvvəl həmin bu Mehmanın əvvəllər də sərgilədiyi sirkaçlığını, klounluğunu, yaxud da polyaçiliyini xatırlatmağa dəyər. Yeri gəlmişkən, həbsdə olarkən, saxlanıldığı həbsxanada belə, özünü “lezvalayıb”, “aclıq aksiyası” keçirdiyini, pentitensiar xidmətinin əməkdaşına qarşı bəlli hərəkətlərini “döyülmək” adı altında ictimai rəyə sızdıran həmin bu Mehman həbsdən azadlığa çıxandan sonra, onu ilk qarşılayanlardan biri və birincisi də məhz AXCP sədri Əli Kərimli olmuşdu. Atalar demişkən, taylı-tayını tapıbmış...

Beləliklə, həmin bu həyasız bloqer qarşıdan gələn bələdiyyə seçkilərinə qatılacağını və namizəd kimi qeydiyyatdan keçdiyini əlində əsas tutaraq, gedib seçki məntəqəsi kimi müəyyən olunmuş ümumtəhsil məktəblərinin birinə və orada quraşdırılmış stenddə özünün təbliğat şəklini yapışdırıb. Əlbəttə, bu onun namizəd olaraq haqqıdır, lakin...

Bəs həyasız bloqer nə edir?

Lakin məsələ ondadır ki, kimsəyə demədən, ən azından məntəqə qarşısında “namizəd kimi şəklimi stendə yapşdıracam” məlumatını vermədən, yəni qəsdən aranı qarışdırmaq məqsədi ilə hərəkətə keçən Mehmana məktəbin deirektoru yaxınlaşır və ən azından, etika xətrinə xəbərdar edilməli olduqlarını söyləyir. Bəs həyasız bloqer nə edir? Nə edəcək, əlbəttə ki, həyasızlıq! Az qala şavranını dartıb-başına keçirən, pulunu almamış fahişələrtək özünü yerdən-terə vurmaqla boğazını karanla deşən, “kişi” ləçərliyi edən Mehman öz haqqını tələb edərkən unudub ki, onun bu sirkaçlığını, klounluğunu məktəbdə təhsil alan şagirdlər də görürlər. Özü də, Mehmana deyilir ki, imtahan prosesidir, səs-küy salmasın və s.

Hətta məktəbin direktoru da bildirir ki, Mehmanın bələdiyyə seçkilərinə namizədliyindən bixəbərdir və o, təqdim edilən sənədi gördükdən sonra sadəcə çəkilir kənara və həyasız bloqerə deyir ki, getsin şəklini yapşdırsın, məktəb daxilində səs-küy salmasın. Bu da öz yerində...

Sənan Nəcəfov yazır ki, “Gücünü" müəllimə göstərən "qəhhhrəmandı, qəhrəman!”

Bu arada, həmin hadisə ilə bağlı sosial şəbəkədə maraqlı statusla qarşılaşdım. Jurnalist və qhtxeber.az saytının baş redaktoru Sənan Nəcəfov Mehman Hüseynovun özünə “müəllim” dedirtmək cəhdini bir neçə kəlmə ilə faş edib.

“Xəbərimiz yoxmuş ki, blogger Mehman- müəllim imiş... Görəsən hansı təhsil ocağında dərs deyir, bilmirəm, amma onu bilirəm ki, hərəkətlərindən ziyalılıq yox, şoumenlik yağır! İnsafən elə ona şoumenlkk də qəşəng yaraşar, nəinki müəllimlik...”, yazan Sənan Nəcəfov əlavə edib ki, özünün namizəd olduğunu məktəb direktora bildirmədən şou düzəldir bu "müəllim". SİTAT: “Və məktəb direktorunu utanıb çəkinmədən təhqir edərək dələduz, quldur adlandırır.
Zorla məktəbə daxil olaraq səsini həysızcasına başına atması isə çox səviyyəsiz və ürəkbulandıran hərəkətdi, təəssüf edirəm. Müxalifətçi olursan ol, amma belə olma, a Mehman...”

“Məhşur filmdə deyildiyi kimi "beləsinə nə ad verəsən" ?! Deputatımız bumu olacaq?! "Gücünü" müəllimə göstərən "qəhhhrəmandı, qəhrəman" !

Ümid edək ki, onun iştirak edəcəyi bələdiyyə dairəsində...

Dağıl a dünya, dağıl...”, ifadəsini də yazan baş redaktor həmkarlarını həmin məktəbin direkktoru Elnur müəllimi dəstəkləməyə çağırıb və həqiqətən də doğru çağırış edib: “Mən kolleqalarımı Elnur müəllimi müdafiə etməyə çağırıram! Buna biganə qalmayın! Kimsə müəllimi öz siyasi maraqları , ambisiyaları naminə, ucuz şou naminə təhqir edə bilməz, vəssalam!”

Beləliklə, vaxtilə şəhərin mərkəzində şalvarını aşağı çəkib, gündəyməzini utanıb-qızarmadan millətə göstərən, sözün əsl mənasında abidələrə kərkinən, saçına rezin vurub, “ya mamina duroçka” stilinə girən, gündə min-bir hoqqdan çıxmaqla, nə qədər güclü təlxək olduğunu sübuta yetirən həmin bu həyazıs bloqerin müəllim adını bu qədər ucuz tutmağa çalışması, arsızca “Mehman yox, Mehman müəllim!” adlandırılması tələbini bağırması çox yəqin ki, araşdırılması vacib olan bir məsələdir. Ümid edək ki, onun iştirak edəcəyi bələdiyyə dairəsində səs toplaya bilməyəcək həmin bu kloun. Çünki belə həyasız, arsız-abırsız ünsürlər səs toplayarsa, vay həmin bələdiyyə ərazisində yaşayan əhalinin halına..!

Rövşən RƏSULOV

P.S. Mehman kimi klounlardan bələdiyyə sədr olarsa, Mehman kimi haray-şivənçi “müəllimə” çevrilərsə, həmkarım Sənan Nəcəfov demişkən, dağıl a dünya!

Bütün xəbərlər Facebook səhifəmizdə