XİN: "Bir qrup əcnəbi həkimin işğal olunmuş ərazilərimizə səfərinə dair yayılan məlumat araşdırılır"

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti kütləvi informasiya vasitələrində Cənubi Kaliforniyanın Adventist Sağlamlıq Təşkilatından olan bir qrup həkimin cari il sentyabrın 22-26-da ölkəmizin işğal olunmuş ərazilərinə səfəri ilə bağlı yayılan məlumata münasibət bildirib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı açıqlamada məsələnin Xarici İşlər Nazirliyi tərəfindən araşdırıldığı və aidiyyəti diplomatik nümayəndəliklərimizə müvafiq tapşırıqlar verildiyi qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə