Ruhani: "ABŞ İrana təhlükə yaratmaq istəyir"

ABŞ regionda "kiçik əvəzedici dövlətlər" vasitəsilə İrana təhlükə yaratmaq istəyir, amma İslam Respublikası onlara qarşı çıxmağa hazırdır. SİA-nın xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfərindən öncə İran prezident Həsən Ruhani deyib.

Onun sözlərinə görə, amerikalılar keçmişdə olduğu kimi İrana qayıtmaq üçün xaos və iğtişaşlar yaratmaq istəyir, lakin bu, mümkün deyil: “Bunlar əlçatmaz xəyallardır və Amerika bu hədəflərdən heç birinə nail olmayacaq.

“Xalqımız müqavimət göstərəcək və hökumət bu qarşıdurmaya hazırdır”, - deyən İran dövlət rəhbəri həmçinin bildirib: “Amerikalılar yanlış addım atdıqlarına görə, təəssüf edəcəklər”.

Ruhani qeyd edib ki, ABŞ region ölkələrini İrana qarşı təxribata törətməyə təhrik edir və son Axvazda baş verən hücum buna misal ola bilər: “Biz bunun kim tərəfindən törədildiyini açıq şəkildə bilirik. Bölgədəki bütün kiçik kasıb ölkələrin sponsoru Amerikadır ”.

Qeyd edək ki, sentyabrın 22-də İranda hərbi parad zamanı terror hadisəsi baş vermişdi. 25 nəfər həlak olub, 60 nəfər yaralanmışdı. Baş verənlərə görə, bu gün İranda Matəm günü elan edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə