Qızlar, oğlanları çox incitməyin

Nolar kasıbdır, parası yoxdur,

Bir ağ köynəyi var, qarası yoxdur,

Nəfsi bütövdür, gözləri toxdur,

Boş ələ, boş cibə rişxənd etməyin,

Qızlar, oğlanları çox incitməyin.

Sən "papa" qızısan, şəhər uşağı,

Bu fağır tələbə, başı aşağı,

Hələ heç tanımır bulvar, vağzalı,

Marşrutu səhv deyib gözdən itməyin,

Qızlar, oğlanları çox incitməyin.

Sevirsiz, sevgidə çəkin sınağa,

Qoymayın hər sözə, işə qadağa.

Mən gəlin getmərəm kəndə-uzağa,

Çevrilib tikana yolda bitməyin.

Qızlar, oğlanları çox incitməyin.

Məhəbbət yaradıb bu göyü-yeri,

Sevgidir bəşərin böyük zəfəri,

Vəfalı Qeysdir eşq peyğəmbəri,

Adına siz dəli Məcnun deməyin,

Qızlar, oğlanları çox incitməyin.

Var-dövlət gözəldir, zəhmətlə olsa,

O da ki, ya qismət, ovcunda qalsa...

Həyat bivəfadır, ömürsə qısa,

"Mersedes" -"Cip" ilə siz xod getməyin,

Qızlar, oğlanları çox incitməyin.

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli, Rəsul Rza adına Beyənlxalq Mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...