Sanksiyalara baxmayaraq, Çin Rusiya ilə qarşılıqlı əlaqələri artırır...

Qərbin Moskva ilə Pekin arasında narazılıq yaratmaq cəhdləri hələ ki, uğursuzluqla nəticələnir...

...Deyilənlərə görə, guya Ukrayna münaqişəsində Pekin özünü neytral tərəf kimi göstərir. Lakin ikili təyinatlı mallar da daxil olmaqla Rusiya-Çin ticarətinin artan həcmi bunun əksini göstərir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Newsweek” yazır.

...Əslində Çin Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır və ona hərbi-sənaye kompleksini gücləndirməyə kömək edir?

Nəşr qeyd edir ki, Çin, ümumiyyətlə, Qərbin sanksiyalarını dəstəkləməkdən imtina edir və Kiyevin Moskvaya daha çox təzyiq göstərmək çağırışlarına soyuqqanlıdır.

...Üstəlik, mikroelektronika ilə məşğul olan Çin şirkətləri Rusiyada getdikcə daha çox iş aparırlar. Hətta iqtisadi məhdudiyyətlər təhlükəsi belə onları dayandırmır, bu da Pekin və Moskva arasında əməkdaşlığı pozmağa ümid edən ABŞ və onun müttəfiqlərini qəzəbləndirir.

...Ekspertlərin fikrincə, Vaşinqton çətin ki, qonşu ölkələr arasında hansısa bir narazılıq yarada bilsin.

Xüsusən də Si Cinpinin Rusiya və Vladimir Putini şəxsən Çinin dünya düzənini dəyişdirə və ABŞ-ı zəiflədə biləcəyi “yeganə real tərəfdaş” hesab etdiyini nəzərə alsaq...

Maraqlıdır ki, “Newsweek” daha çox buna diqqət çəkir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə