FİFA və UEFA-nın acığına..?

Rusiya Futbol İttifaqı Asiya, Afrika və Latın Amerikası komandaları ilə turnir keçirməyi planlaşdırır

Rusiya Futbol İttifaqının rəhbəri Aleksandr Dyukov, rəhbərlik etdiyi təşkilatın Latın Amerikası, Asiya və Afrikadan olan komandaların iştirakı ilə turnir təşkil etməyi planlaşdırdığnı bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS məlumat yayıb.

Birlik prezidentinin sözlərinə görə, belə yarışlar 2025 və ya 2026-cı ildə baş tuta bilər.

Dyukovun belə “matçların keçirilməsinin vacibliyoni də diqqətə çatdırıb.

Aprelin 26-da Rusiya Futbol İttifaqının icraiyyə komitəsi Rusiya milli futbol komandasının Beynəlxalq Futbol Federasiyası və Avropa Futbol Assosiasiyaları İttifaqının sanksiya məhdudiyyətləri dövründə fəaliyyət göstərməsi konsepsiyasını təsdiqləyib.

Rusiya Futbol İttifaqınin mətbuat xidməti qeyd edib ki, yeni plan çərçivəsində Rusiya dünya çempionatı və qitə turnirlərində iştirak edən komandalarla oynayacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə