Final oyununda nominal ev sahibi bəlli olub

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə “Qarabağ” və “Zirə” komandalarının nümayəndələri iştirak ediblər.

PFL yarışların təşkili və qeydiyyatı şöbəsinin rəhbəri Elçin Mehtiyev, “Qarabağ” menecer Şahin Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən, “Qarabağ” nominal meydan sahibi olub.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə