Rusiyada...kişilər az yaşadı..?

...Rusiyada kişilər orta hesabla qadınlardan on il az yaşayırlar. Çünki onlar alkoqoldan sui-istifadə edir, siqaret çəkir və özlərinə daha az qayğı göstərirlər.

Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko kişilərin qadınlara nisbətən ömrünün qısa olmasının səbəblərini sadalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini RİA Novosti sitat gətirir.

Nazirlik rəhbərinin sözlərinə görə, yuxarıda qeyd olunanların hamısı risk faktorlarıdır və qadınlara nisbətən daha çox xəstələnməyə səbəb olur.

...Bu, həm də öz sağlamlığının qayğısına qalmaqla bağlı daha az öhdəliklə əlaqələndirilir.

...Vinoqradov adına xəstəxananın baş həkimi, professor Olqa Şarapovanın daha əvvəl verdiyi məlumata görə, kişilərin orta ömür uzunluğu, o cümlədən yağ yığılma xüsusiyyətlərinə görə qadınlardan xeyli azdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə