"Barselona" satışa əsas namizədi müəyyənləşdirib...

...Mənbənin sözlərinə görə, klubda keçirdiyi 5 mövsümdən sonra de Yonqun idman nəticələri ona olan ümidləri doğrultmayıb. Artıq 2022-ci ilin yayında "Barselona" hollandiyalı futbolçunu satmağa çalışsa da, sonradan yarımmüdafiəçi getmək istəməyib.

SİA-nın əldə etdiyi məlumata görə, aprelin 21-də De Yonq La Liqanın 32-ci turunun "Real Madrid"lə mərkəzi oyununda zədələnib.

Ona sağ ayaq biləyinin əzilməsi diaqnozu qoyulub. Bu mövsümün əvvəlində Frenkie de Jong iki dəfə oxşar zədə almışdı. Ümumilikdə 26 yaşlı futbolçu klubda 213 oyun keçirib, 17 qol vurub və 21 məhsuldar ötürmə edib.

Qeyd edək ki, De Yonqun müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir. Transfermarkt internet portalı futbolçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.

Yeri gəlmişkən, Xavinin "Barselona"nın baş məşqçisi postunda qalacağı məlum olub. Bunu klub prezidenti Joan Laporta da təsdiqləyib.

...Xavi 2021-ci ilin noyabrında "Barselona"ya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda İspaniya çempionu və ölkə Superkubokunun qalibi olub.

Bu mövsüm "Barselona" La Liqa turnir cədvəlində lider "Real Madrid"dən 11 xal geri qalaraq ikinci yerdədir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə