Oirat-Kalmık Xalqları Konqresinin sədr müavini axtarışa verilib

Oyrat-Kalmık Xalqları Konqresinin sədr müavini Vladimir Dovdanov axtarışa verilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb. ...Dovdanovun dəqiq nə vaxt axtarışa verildiyi bəlli deyil - Mediazona aprelin 26-da onun polis bazasında olmasına diqqət çəkib.

...Mart ayında ona qarşı Rusiyanın təhlükəsizliyinə qarşı fəaliyyətə çağırışlara görə cinayət işi açıldığı məlum olub. Maraqlıdır ki, fəalın özü cinayət işinin olmasını jurnalistlərdən öyrənib.

Onun sözlərinə görə, buna səbəb onun Ukraynaya dəstək verən hər hansı video və müsahibələri ola bilər. İstintaq orqanları Dovdanova qarşı irəli sürülən ittihamlarla bağlı hələlik heç bir məlumat verməyib.

Qeyd edək ki, Vladimir Dovdanov – Oyrat-Kalmık Xalqları Konqresinin sədr müavini, Azad Millətlər Liqasının üzvüdür. O, 1991-ci ildə Respublika Taekvondo Federasiyasını təşkil edib və ona rəhbərlik edib. 2004-2005-ci illərdə Kalmıkiya Gənclər Siyasəti, İdman və Turizm Naziri, sonra Maliyyə Bazarları üzrə Federal Xidmətin Volqoqrad və Həştərxan vilayətləri üzrə ərazi idarəsinin rəisi vəzifələrində çalışıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə