“Tayyib Ərdoğanın ürəyinə və ya iradəsinə zəncir vura bilməzsiniz...”

Ərdoğan antisemitizm ittihamlarına münasibət bildirib...

...Türkiyə Fələstinə dəstəyini dayandırmayacaq və İsrail Qəzzada soyqırım törətdiyi zaman səssiz qalmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan deyib bunu.

Türkiyəli lider ona qarşı antisemitizm ittihamlarını rədd edib və heç kimin ürəyinə və ya iradəsinə “zəncir vurmayacağını” bildirib.

...İsrail administrasiyası bizi antisemitizmdə ittiham etməklə bizi susdura biləcəyinə inanır. Nə etsəniz də, nə qədər çalışsanız da, bu faydasızdır. Tayyib Ərdoğanın ürəyinə və ya iradəsinə zəncir vura bilməzsiniz.

Ərdoğan bunu İstanbulda deyib.

Parlamentlərarası Qüds Platformasının konfransında ....biz Allaha inandığımız üçün yolumuzdan dönməyəcəyik və heç kim Qəzzada törədilən soyqırım qarşısında susmamızı gözləməməlidir

Bunu da Ərdoğan bildirib.

Yeri gəlmişkən, Parlamentlərarası Qüds Platforması 2015-ci ildə Fələstinə dəstək məqsədilə yaradılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə