Ramiq Muxtar, Prezident təqaüdçüsü, "Şərəf" ordenli,

Rəsul Rza adına Beynəlxalq Mükafatı laureatı

Rəssam Natiq Əyyuba

Tanrıya üz tutub
Gileyləndi fevral.
Dedi, rahat buraxmır,
Məni üzən bir sual...
Vermisən mart, yanvara
Ömür sayı otuz bir.
Mən çəlimsiz fağıra
Üç gecə-gündüz kəsir.
Ey Ulu Yaradanım,
Bu sirri elə aşkar.
Bəlkə sənin yanında,
Böyük qəbahətim var?
Uğuru sonda bəlli
Yanvardan qurtar məni.
Dərdi batman gətirən
O martdan qurtar məni.
Qalmışam aralıqda
Olmuşam qapazaltı.
Qaytar mənim ömrümə,
Yetmiş iki saatı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...