Kökü möhkəm olan ağacı rüzigar qopara bilməz

(Dövlətçilik haqqında düşüncələr)

Azərbaycan xalqının kökü, tarixi möhkəm olduğu üçün kənar qüvvələr hücum eləsə də, bu xalqa heç nə eləyə bilməyiblər. 72 il Sovet İttifaqının tərkibində olmağımıza baxmayaraq, kökümüzü, tariximizi, adət-ənənəmizi unutmadıq. Xalq olaraq bir daha sübut etdik ki, ayağımız büdrəsə də, biz yıxılmarıq. Müstəqillik əldə edəndən sonra milli ordumuzu yaratdıq. Sevinməlyik ki, cəmi 27 ildə güclü ordu yaratdıq. Bəli, bizim artıq müzəffər ordumuz var. Başqa ölkələrin 50 ildə əldə etdiyini bizim ölkəmiz 27 ildə əldə etməklə güclü ordu da yaratdı. Müstəqilliyimizin ilk illərində ölkəmizdə xaos, stul davası getdiyi bir vaxtda rus və erməni əsgərləri bundan istifadə eləyib, torpaqlarımızın 20 faizinin işğal etdilər. Amma xalqın istəyi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra xalqımızın inamı artdı və həmvətənlərimizdə böyük inam yarandı. Xalqımız ruh düşgünlüyündən çıxdı. Ulu öndər ordu quruculuğuna daha çox fikir verdi. Dahi rəhbər deyirdi ki, “hansı millətin güclü ordusu varsa həmin xalq da öz Vətənini qoruya bilcək”. Beləliklə, qısa vaxtda güclü ordumuz yarandı. 26 iyun tarixində Azərbaycan milli ordusunun yarandığı gün münasibətilə təşkil olunmuş parad zamanı biz, möhtəşəm ordumuzu gördük. Səngərlərdə, cəbhə boyunda da əsgərlərimiz Vətənimizi mətinliklə qoruyurlar. Rəşadətli ordumuz mənfur düşmənlərimizin niyyətlərini, arzularını ürəyində qoyaraq onları məhv edir. Tarixə çevrilən aprel döyüşləri bunu tam sübut elədi. Eşq olsun Azərbaycan ordusuna! Hər birimiz xalqımızın dünəni və bu günü ilə həmişə hər yerdə qürurlanırıq və yəqin ki, gələcəkdə də bununla fəxr edəcəyik.

Ümumiyyətlə, hamımız lazım gəlsə Vətən uğrunda gücümüz çatan imkanlara uyğun, ondan da artıq borcumuzu ödəməliyik. Nədir bu borc? Əlbəttə ki, ilk növbədə Vətənin tapşırıqlarını yerinə yetirmək! Onun keşiyində mətanətlə dayanmaq. Bundan başqa, torpağa məhəbbətimizi ona münasibətimizlə bildirməliyik. Biz təkcə “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deməklə yox, əsl, layiqli iş görməklə sevgimizi nümayiş etdirməliyik. Yəni, yalnız “ölən varsa” ifadəsini deyil, “həqiqi can yandıran varsa” ifadəsini desək səhv etmərik. Çünki öncə böyük sevgi ilə, ürək yanğısı ilə iş görməliyik. Torpaqlarımızın bütün nemətlərini qorumalıyıq. Kənd təsərrüfatımızı, sənayemizi dirçəltməliyik. İşsizlik problemini tam həll edib, xalqımızın güzəranını yaxşılaşdırmalıyıq. “Torpağı qorumaq - Vətəni qorumaq deməkdir!” Bu fikir tarixlər boyu Azərbaycan ərənlərinin ali məqsədi olub. Bəs biz niyə öz ulularımızın bu ali məqsədini reallaşdırmırıq?..

Ermənistan Respublikası küsəyən nazlı gəlinə bənzəyir ki, gərək müstəqil Azərbaycan Respublikası mərd kişi kimi erməniləri sözlə, sazla, silahla başa salıb onları yerində oturtsun. Və onlara başa salsın ki, “ay erməni torpaqdan pay olmur. Zəhmət çək xoşluqla torpaqlarımızı boşalt! Yoxsa Azərbaycan qadınları dırnaqarası erməni kişilərinin başına yaylıq bağlamağı öyrədər. Yadınıza salın bizim Tomris kimi anamız olub və İran şahını cəhənnəmə vasil etməklə ona öz yerini göstərib. Elə həmin vaxtdan da azərbaycanlıların bu atalar sözü yaranıb: “Aslanın erkəyi, dişisi olmaz”.

Bəli, Azərbaycan qadınlarının hər biri igid oğula bərabərdir. Onu da qeyd edim ki, erməni kişiləri (əgər onlara kişi demək olarsa), Azərbaycan qadınlarından qeyrət, qüdrət öyrənsinlər. Və onu da bilsinlər ki, təkcə elə azərbaycanlı qadınları gec-tez onlardan Qarabağda tökdükləri günahsız qanların intiqamını alacaq. Biz onlara heç vaxt Ağdaban, Xocalı faciələrini bağışlamayacayıq. Öldürülən bir günahsız körpənin əvəzinə 10 erməni dığasını öldürəcəyik. Ermənilər ədəbiyyatımızı, musiqimizi, mətbəximizi, xalçalarımızı oğurlamaqla elə bilirlər ki, dünya xalqları onlara inanacaq? Heç vaxt. Artıq dünya xalqları başa düşür ki, onlar oğrudurlar. Təkcə torpaq oğrusu yox, ədəbiyyat, musiqi oğrusu. Xalça oğrusu. Azərbaycanlıların ləziz yeməyi olan, süfrəsinin bəzəyi dolma oğrusu. Biz də onların oğru olduğunu dünyaya bəyan etməklə haqq səsimizi həmişə hər yerdə ucaltmalıyıq!

Fikirlərimi aşağıdakı misralarla bitirmək istəyirəm:

Mərddir, çox mətindir, geridə qalmır,

Qızları qönçədir, heç zaman solmur.

Kökü də möhkəmdir, sındırmaq olmur,

Qüdrətdə, qeyrətdə öndədir xalqım!

Mətin iradəli qüdrətdir xalqım!

Şəfəq Xəzər,

Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin müəllimi, şairə.

Bütün xəbərlər Facebook səhifəmizdə