FİRDOVSİ ƏLƏMOĞLU (HACISOY)

AZƏRBAYCAN SƏHİYYƏSİ

Uğurları hər gün artan,
Ömürlərə ömür qatan,
Yardımından şəfa tapan,
Sağalan hər bir xəstənin,
Ürəyindən gələn səsi,
Azərbaycan səhiyyəsi!

Vardır gözəl həkimləri,
Xeyirlidir əməlləri,
Neçə xəstə ürəklərin,
Araşdırıb, tapıb dərdin,
Sağlamlığın himayəsi,
Azərbaycan səhiyyəsi!

Gün üzünə həsrət qalan,
Hər gün Allaha yalvaran,
Ümidlə işıq axtaran,
Neçə məzlum xəstələrin,
Açdıqca bağlı gözlərin,
Sevindirir hər bir kəsi,
Azərbaycan səhiyyəsi!
20.12.2015

60 YAŞ NƏDİR HƏLƏ

Ömür keçir ildən ilə,
Qocalırıq, demə belə,
Mən yaşamaq istəyirəm,
60 yaş nədir hələ!

Arzularım qabaqdadır,
Kədər məndən uzaqdadır,
Çoxu deyir mənə belə,
60 yaş nədir hələ!

Mən həyatdan kam almışam,
Çox arzuma bil çatmışam,
Adım düşüb dildən- dilə,
60 yaş nədir hələ!

Ürəyimdə arzum qalıb,
Nəvələrin toyu qalıb,
Dedin ömrünə az qalıb,
Bir söz gəldi birdən dilə,
60 yaş nədir hələ!

Bir məclisdə qonaq oldum,
Suallara sınaq oldum,
Öz-özümə qınaq oldum,
Dedilər ki, 80 elə
60 yaş nədir hələ!

Demə ki, cavan qalmısan,
Firdovsi sən qocalmısan,
Söylə hara ucalmısan,
Səsini qaldırma zilə,
60 yaş nədir hələ!

Hamı dedi bəsdir daha,
Sən nikbin bax gəl sabaha,
Cavab verdim gülə- gülə,
Yaşayacam bundan belə,
60 yaş nədir hələ!
Siyəzən
17. 01. 2014

MÜBARƏKDİR

Özün kimi adın da müqəddəsdir dünyada,
Səni gələn nəsillər hər an salacaq yada.
Sənə arxa dayaqdır həyatda İlhamın da,
Sən bizə gözəl həyat, gözəl dövran yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.

Açıldı gözəl səhər, gəlişinlə ölkəmə,
Özün tək addımladın, baş əymədin heç kimə,
İlahi görkəminlə çevirildin hakimə
Sən bizə gözəl həyat, gözəl dövran yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.

Ucaldı bayrağımız, ucadan uca oldu,
Sən açdığın cığırlar genişləndi yol oldu
Sən getdin, arzuların ölkəmizdə çin oldu
Sən bizə gözəl həyat, gözəl dövran yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.

Uyuduğun torpağın ziyarətgaha döndü,
Tikildi yeni məscid, dedilər Heydərindi
Daha fikir etmirəm, bütün dünya mənimdi
Sən bizə gözəl həyat, gözəl dövran yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.

Daha ziyarətgahım, qibləgahım sən oldun,
İşinlə-əməlinlə peyğəmbərə tən oldun,
İlahi nəfəs kimi, sanki, ruhuma doldun
Mübarəkdir adına tikilən yeni məscid
Sən, öz əməllərinlə müqəddəslik yaratdın,
Bizi yaşatmaq üçün sevinci qəmə qatdın.

28.12.2014

SEVGİNİN DİLİNİ GƏRƏK BİLƏSƏN

Sevişdik, ayrıldıq, ötürdün məni.
Axdı göz yaşların, axdı sel kimi,
Axı sən sevmişdin mənim nəyimi?!
Mən ki, soyuq idim sənə buz kimi.

Bilmədim qədrini məhəbbətinin,
Tale ayırdı da, yollarımızı.
Çəkirəm əzabın mən həsrətinin,
Bəlkə də beləymiş, beləymiş yazı.

Gecələr yuxumda görürəm səni,
Alışıb yanırsan baxışlarınla.
Kaş ki, əridəydin məni buz kimi,
Əvəz eyləyəydin göz yaşlarınla.

Düşəydi hər gündə bizə güzarın,
Səriləydim mən də yoluna sənin.
Girmişdim qoynuna əfi ilanın,
Aldadıb salmışdı toruna məni.

Firdövsi yaxşının bil ki, qədrini,
Sonradan peşiman olmayasan sən.
Nə vaxt duyacaqsan, səni sevəni,
Sevginin dilini gərək biləsən.

Siyəzən
27.01.2014

VƏTƏN, TORPAĞINA, SUYUNA ALQIŞ!
(Dirçəliş gününə həsr olunub)

Bu günü, sabahı yaradan quran,
Nəbizi xalqının nəbziylə vuran.
Bayrağı hər yanda yüksəkdə duran,
Hünərli oğluna, qızına alqış!
Vətən, torpağına, suyuna alqış!

Əkilir yol boyu cərgə ağaclar,
Var bu gözəlliyə heyran olanlar.
Hər gün yol çəkdirən, körpülər salan,
İgid oğluna, qızına alqış!
Vətən, torpağına, suyuna alqış!

Çırmayıb qolunu kanallar çəkən,
Susuz səhralarda becərən əkən.
Düşmənə əzmiylə daim güc gələn,
Zəhmətkeş xalqına, elinə alqış!
Vətən, torpağına, suyuna alqış!

Hələ qabaqdadır xoş günlərimiz,
Yayılıb hər yana müjdələrimiz.
Bizə arxa duran var rəhbərimiz,
Sənin yaratdığın bu günə alqış!
Vətən, torpağına, suyuna alqış!

17. 11. 2014

YERDƏ QALMAZ...
(20 Yanvar hadisələrinin 26-cı il dönümünə ithaf olunur.)

Düzülüb cərgə ilə,
bax şəhid məzarları.
Unutmaq olarmı heç,
o dəhşətli anları.

Səpilib qərənfillər,
Bu axan qanlarıdır.
Fəqət bu dərdi çəkən,
Şəhid analarıdır.

Yerdə qoymarıq inan,
Tökülən bu qanları.
Biz sizə söz veririk,
Ey Şəhid anaları.

Rahat yatınız siz,
Vətən qəhrəmanları.
Yerdə qalmaz əhdiniz,
Alarıq torpaqları.

Siyəzən
20. 01. 2016

AD GÜNÜ
Yaşının üstünə bir yaşda gəldi,
Dedim ağıllandı,bəlkə düzəldi.
Şirin yuxudaydım,lap səhər tezdən,
Telefon zəng çaldı, siqnalı gəldi.

Yazmışdı bu günü yadında saxla,
Bu gün ad günümdür bölüş anamla.
Sevincdən gözlərim yaşardı birdən,
Sevinc göz yaşları axdı gözümdən.

Axı Bakıdaydı, dərs günü idi,
Yəqin ki, yuxudan tez durmuşdu o.
Baxdım ki, saata yeddi on yeddi,
Həmin bu saatda doğulmuşdu o.

Mən də cavab yazdım “Əziz Çinarəm,
On doqquz yaşını təbrik edirəm.
Doğurdan çıxmışdı tamam yadımdan,
Yenə təbrikin var doğma anandan,
Bir də səni sevən Şəfa bacından. ,,
08. 12. 2015


AĞLAMA SƏN MƏNƏ

Sağ ikən qədrini bilmədim sənin
Ağlama sən mənə, ağlama gülüm
Soyuq məzarlıqdır eləcə yerim,
Ağlama sən mənə, ağlama gülüm.

Sənə toxunmasın sözlərim mənim,
Qara yazılıbmış bəxtinə sənin.
Qəbrimə dikilib nəmli gözlərin,
Ağlama sən mənə, ağlama gülüm.

Bir gün çaşıb əgər yuxuna girsəm,
Səni çox sevirdim əgər söyləsəm.
Öpüb gözlərindən, sənə can desəm,
Ağlama sən mənə, ağlama gülüm.

Çıxar yaddaşından çıxar sən məni,
Qaytarmaq olarmı söylə gedəni?!
Gecdir daha desəm incitdim səni,
Ağlama sən mənə, ağlama gülüm.

Siyəzən
18. 01. 2016

MƏGƏR DÜNYA SƏNİNDİR?!..

İnan ki mən yazmaram
“Sən mənə yazdırmasan.”
Mən heç vaxt qışqırmaram,
“Sən məni qışqırtmasan.”

Mən dediyim keçməyir,
Amma keçir sən deyən.
Səsim, sözüm yetməyir,
Belə getməz mən bilən.

Dərdimizi söyləyək
De, mən bilim bəs hara?!
Bəlkə”biz sizdən”deyək,
Qalxaq yuxarılara.

Soxuluram cərgəyə,
Tutub atırlar çölə.
Baxırlar çərəkəyə
Adım düşməyib hələ.

Bəs onda biz neyləyək
Ölək acından indi?!
Daha çörək yeməyək.
Nə var dünya sənindir!

BİRCƏ MƏHƏBBƏTİ ALMA ƏLİMDƏN

Hər deyilən sözə məna vermə sən,
Məhəbbət gələndə heç yaşa baxmır.
Məhəbbət elə bir fırtınadır ki,
Gələndə enişə, yoxuşa baxmır.

Demə məhəbbətdən yazma sən daha,
Məhəbbət olmasa mən nə edərdim?!
Məhəbbətsiz həyat varmı sən allah?!
Məhəbbətsiz səni necə sevərdim?!

Bil dünyalar qədər istərəm səni,
İstəsən pay verim lap ömürümdən.
Əgər zərrə qədər sevirsən məni,
Bircə məhəbbəti alma əlimdən.

Məhəbbətsiz həyat olarmı görən?!
Firdovsi de onsuz yaşarmı görən?!
Hər nəyim varsa da al sən əlimdən
Təkcə məhəbbəti alma əlimdən!

20.12.2014

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...