DİQQƏT: Kondisionerlərdən yanlış istifadə çox təhlükəlidir!

Kondisionerdən təcrübəsiz şəkildə istifadə etmək uşaqlar, yaşlılar, şəkər xəstələri və böyrək çatışmazlığı olan insanlar üçün ciddi təhlükədir. Havalar isindikcə evlərdə, iş yerlərində kondisionerlərdən istifadə də artır. Ancaq kondisionerdən yanlış istifadə əzələ tutulması, beyin iltihabı və üz iflici kimi narahatlıqların səbəb olduğu "Lejyoner"xəstəliyinə yol açır.

Kondisionerlər yay istisindən və nəmişlikdən qoruna bilmək üçün həyatımızın əvəzedilməz bir hissəsinə çevrilib. Ancaq kondisionerlərin təcrübəsiz istifadəsi saymaqla tükənməyən zərərlərə yol açır.

İsti günlərdə məkan daxilində və bayırdakı hava fərqi bədən müqavimətini aşağı salır. Bu da virus infeksiyaların çoxalmasına səbəb olur. Kondisionerlər ilk işə salındıqda, filtrində toplanan bakteriyalar havayla birlikdə otağa yayılır. Kondisionerlərdən yanlış istifadə ən çox uşaqlar, yaşlılar, şəkər xəstəsi və böyrək çatışmazlıqdan əziyyət çəkən insanlar üçün ciddi təhlükə daşıyır. Çünki bu insanların müqaviməti kondisioner havasında ətrafa yayılan bakteriyaların təsirindən zəifləyir.

"Lejyoner" xəstəliyi "Legionella pneumofila" adlı bakteriyadan doğan bir xəstəlikdir. Bu bakteriya ağciyərdə yerləşib sətəlcəmə yol açır. Kondisionerlərin içində olan nəm şərait bu bakteriyaların yaşaması və çoxalması üçün əlverişlidir. Buna görə kondisioner filtrlərinin xüsusi qaydalara uyğun və müəyyən vaxtlarda təmizlənməsi şərtdir.

Həddən çox istilik ucbatından insanların əzələləri gəvşəyə bilir. Belə bir halda kondisioner havasına məruz qalan insanda şiddətli əzələ ağrısı və əzələ tutulmaları yaşana bilir. Bu halda asqırıq, burun axıntısı, gözlərdə sulanma, yaşarma, quru öskürək də yaranır. Buna görə kondisionerin düz altında oturmaq olmaz və üz, bədənin digər həssas bölgələrinin kondisioner havasına tuş gəlməməsinə çalışmaq lazımdır. Əgər kondisionerin təsirindən boyun və çiyin tutulmaları yaşanarsa, həmin bölgələri şalla sarıyıb havadan qoruya bilərsiniz.

Uzun müddət kondisioner işləyən bir məkanda qalmalı olursuzunsa, kondisionerin güclü soyuq havasından uzaq durmağa çalışın. Həddən çox sərin havası olan və kondisioner işləyən məkandan bayıra çıxdıqda hava dəyişkənliyi hiss edildiyi üçün xüsusən belində yırtıq və tutulma problemi olanlar çox diqqətli olmalıdır.

Maşında istifadə edilən kondisioner bronxit, sətəlcəm, sinuzit, tənəffüs yolu, bəzi əzələ xəstəliklərinə, göz, beyin və badamcıq iltihabına səbəb olur. Üz kondisioner havasıyla çox təmas etsə, üz iflici yaşana bilər. Buna görə soyuq havanın üz və döş qəfəsi ilə çox təmasda olmasını əngəlləmək lazımdır.

Kondisionerlərdən düzgün istifadə bu xəstəliklərin qarşısını almağa kömək edəcək. Belə ki, kondisioner filtrlərini tez-tez təmizləmək lazımdır. Kondisinoer filtrlərinin bakteriyalara qarşı qoruyucu təsiri yüksək olmalıdır. Ən yüksək sərinlətmə dərəcəsi 18 olmalıdır. Kondisionerdən istifadə edərkən birdən-birə yüksək soyuq dərəcəyə qaldırmaq olmaz, dərəcəni yavaş-yavaş tənzimləmək lazımdır. Kondisionerin zərərli təsiri zamanı öskürək, qızdırma, yorğunluq kimi əlamətlərlə qarşılaşırsınıza, bunu qriplə qarışdırmaq olmaz. Mütləq həkimə müraciət edib antibiotik müalicəsi almalısınız.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...