ŞOK: Meşənin altında gizli şəhər aşkarlandı

Mərkəzi Amerika ölkəsi olan Qvatemala da meşənin altından Mayalara aid böyük bir gizli şəhər tapılıb. Yeni texnologiya ilə kəşf edilən şəhərdə 60 min ev olduğu müəyyən edilib.

Şəhərdə milyondan çox insan yaşadığı təxmin edilir. Ərazidə evlər, saraylar müdafiə qalaları, yollar aşkarlanıb. Qvatemalanın Paten bölgəsində lazer texnologiyası istifadə edilərək aşkarlanan şəhərin xəritəsi də hazırlanıb. Şəhərin ümumi ərazisi 2100 kilometrdir.

"National Geographic” jurnalında yayımlanan məqaləyə görə şəhərin aşkarlanmasında istifadə edilən Lidar Lazer üsulu arxeologiya tarixində bir inqilabdır. Bəzi arxeoloqlar isə bu texnologiyanı bir sehir olaraq qələmə verərkən, bəziləri Lidarın adi gözlə görülməyənlərin aşkarladığını deyir.

Bütün xəbərlər Facebook səhifəmizdə