Böyürtkən kökündən yarpağınadək şəfa qaynağıdır

Böyürtkən özbaşına yetişən, tikanlı bitkidir. Ümumiyyətlə, yol kənarlarında kol şəklində bitir. S vitamini ilə zəngindir. Zərərli maddələrin bədəndən xaric olmasına kömək edir. Yaxşı antioksidandır. Təzyiqin normal saxlanmasına kömək edir.

Yetişmiş böyürtkənin sidik və qəbizlik problemlərinin aradan qaldırılmasında da rolu vardır. Kal böyürtkən isə ishalkəsici xüsusiyyətə malikdir. Çox yeyildikdə isə qəbizliyə də yol aça bilər. Ayaq şişkinliyinin qarşısını alır. Hüceyrələrin yaşlanmasının qarşısını alan böyürtkən qanı təmizləməyə kömək edir və yaddaşı gücləndirir. Böyürtkənin meyvəsi, yarpaqları və kökləri faydalıdır.

Yarpaqları qaynadılaraq qarqara edilsə ağız, diş əti iltihablarına qarşı xeyirli vasitədir. Kökləri qaynadılaraq suyu içilsə böyrək qumunun və daşlarının düşməsinə kömək edir. Böyürtkəndən sirop və cem də hazırlanır. Siropu sinə və tənəffüs yolu xəstəliklərində olduqca faydalıdır. Bundan başqa, böyürtkən yaraların sağalmasını asanlaşdırar.

loading...