YAP Qaradağ rayon təşkilatı təbliğat kampaniyasına başlayıb

2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsi təşviqat kampaniyasına uğurla start verib. SİA-nın verdiyi məlumata görə, kampaniya səhərdən etibarən partiya fəalları Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təşviqat materiallarını Seçki Dairələri üzrə seçki məntəqələri ərazilərində nəzərdə tutulmuş seçki lövhələrində asmağa başlayıblar.

Partiyanın Mərkəzi Seçki Qərargahının Qaradağ rayon şöbəsində prezident seçkiləri ilə bağlı tədbirlər planı hazırlanıb, ziyalılardan və nüfuzlu şəxslərdən ibarət təbliğat qrupu yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə