Azərbaycanın qeyri-neft sənayesi 2018-2021-ci illər ərzində hər il 7,3 faiz artacaq. SİA-nın İtaliyanın ANSA agentliyinə istinadən xəbərinə görə, sözləri iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclis komitələrinin birgə iclasında 2018-ci il dövlət büdcəsi haqqında layihə müzakirə olunarkən deyib. "2018-ci ildə aqrar sektorun artımı 6,2 faiz olacaq. Bu rəqəm yaxın 3 il ərzində ildə 6 faiz təşkil edəcək. Azərbaycanın turizm sektorunun 6,6 faiz, sonrakı 3 ildə isə 6 faizdən çox artacağı proqnozlaşdırılır", ‒ deyə nazir müavini bildirin. S.Həsənova deyib ki, müasir infrastrukturların yaradılması qeyri-neft sektorunun inkişafına təkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə