Neçə dəfə öz-özümə söz vermişdim ki, bir də ATƏT deyilən oyuncaq qurum barədə barmaqlarıma əziyyət verib, bircə cümlə də yazmayacam. Amma son iki həftə ərzində baş verənlər yenə də məcbur elədi məni ki, 1992-ci ildən bəri Qarabağ üçün siyasi qəfəs rolunu oynayan ATƏT-in Minsk Qrupu barədə yazım. Məni narahat edən ATƏT-in Minsk Qrupu barədə ictimai rəydə yaranan qəribə "rəğbət" barədədir. Gör hansı vəziyyətdəyik ki, özümüzün ədalətli olduğumuz barədə bütün dünyanın gün işığı kimi bildiyi həqiqəti, ATƏT-dəkilər məcburən dilə gətirəndə, bunu bayrama çeviririk. Nə olub, nə baş verib ki, biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 27 ildən sonra məcburən dilə gətirdikləri adi həqiqəti diplomatiya bayramına çevirmişik?Qoy mən qısaca deyim, bilməyənlər də məsələnin əsl mahiyyətindən agah olsunlar. Məsələ belə olub. Cəmi bir neçə aya sadə və narazı erməniləri arxasınca salıb Serj Sarkisyanı ortadan qaldıran, özü əsl siyasi layihə kimi ortaya atılan Nikol Paşinyan, siyasi sərsəmlik nümayiş etdirib. Deyib ki, bəs Qarabağla bağlı danışıqların formatı dəyişdirilməlidir və Qarabağdakı "erməni xalqı" üçüncü tərəf kimi danışıqlar masasında oturmalıdır. Minsk Qrupu da dərhal cavab verib ki, bəs danışıqların formatını dəyişməkdən söz salmaq mənasızdır. Danışansansa, elə bu formatda danış da. ATƏT-dəkilər on illərdir ki, davam edən "oyun qaydalarının" pozulmaması üçün Nikolcana təpiniblər. Vəssalam!Bax, elə bu yerdə adamı dəli bir gülmək tutur da. Bəyəm erməni konyakı və azərbaycanlı kababı ilə bəslənən həmsədrlər nə deməli idilər ki? Durub N.Paşinyanın axmaq ideyasına "hə" deməklə, əməllicə özlərini ifşa etməli idilərmi? Yoxsa 27 ildir ki, xımır-xımır yedikləri çörək ağacına təpik atmalı idilər? Bəyəm, onlar bilmirlərmi ki, ortada heç bir "Qarabağ xalqı" filan yoxdur? Onlar bilmirlər ki, Qarabağda azərbaycanlılar qədimdən yaşayır və maldar ermənilər sonradan buralara soxulub adam kimi yaşamağı azərbaycanlılardan öyrəniblər? Bilirlər, özü də bizim bildiyimizdən də əla bilirlər.Çünki 1992-ci ildə arvadbaz Mario Rafaellonun və o zamankı ATƏT rəhbərlərinin qəbul etdiyi siyasi formatı qatlayıb tarixin zibilliyinə atmaq, açıq-aydın ATƏT-i və həmsədr ölkələri birdəfəlik Qarabağ danışıqlarından kənara tullamaq deməkdir. Buna gedərdilərmi? Qətiyyən!Üstəlik, 27 ildir ki, bu həmsədrlər, məhz elə Qarabağ məsələsinə görə əməllicə yüksək gəlir qazanır, Xəzər kürüsündən və dadlı kababdan dadırlar. Ən azından, həmsədrlər "çörək ağacı" olan bu münaqişənin sakit tərzdə uzanmasına, daha çox "qocalmasına" çalışırlar. Həm Qarabağ münaqişəsini siyasi "qəfəslərində" saxlayır, həm də əməllicə dolanırlar. Buna deyərlər, əsl diplomatiya"!Bu avaragur siyasi aktyor fərqində deyil ki, Qarabağda Saakiyan kimi quldur dəstəsindən və Suriya, Liviya kimi ölkələrdən gələn ermənilərdən başqa, heç bir xalq-filan yaşamır və dünya birliyi də orada hansısa xalqın mövcudluğu barədə ağzından bir kəlmə də olsun nəsə qaçırmayıb. Bu saqqallı "kütlə keçisi" bilməmiş deyil ki, Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan dövlətinin Təhlükəsizlik Şurasının iclasını keçirməklə, açıqdan-açığa beynəlxalq hüquqa təpik atır? Əla bilir. Həm də, onu da əla bilir ki, o beynəlxalq hüquq yalnız müsəlman dövlətləri üçün işləkdir. Erməni xaçları üçünsə, bu qanunların bir qəpiklik qiyməti də yoxdur. Nədir, yoxsa belə deyil?Belə olmasaydı, Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş torpaqlarında Təhlükəsizlik Şurasının iclasını keçirir, özünə hörmət edən bir dünya dövləti, xüsusi ilə Minsk Qrupunun həmsədr ölkələri cəsarət tapıb yalandan da olsa, demirlər ki, sən kəklikli arvadını da qoltuğuna vurub Azərbaycan torpağında nə sülənirsən? Deməzlər. Çünki...

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...