"4 turnirin hamısında qalib gələ bilərik"

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın bu mövsüm 4 kubok qazanmaq şanslarını dəyərləndirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə mütəxəssis UEFA-ya açıqlama verib:

“Bu klubda olandan bəri oyunçuların və klubun dəstəyini hiss etdim, biz təkmilləşmə prosesindəyik. Və bu hələ layihənin başlanğıcıdır. Mövsümün sonuna 1 ay qalıb və biz 4 turnirin hamısında qalib gələ bilərik. Emosiyalarımızın öhdəsindən yaxşı gəlməliyik və təzyiqi təhlükə kimi qəbul etməməliyik”.

Qeyd edək ki, bu gün, PSJ Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Oyun saat 23:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə