...Birləşmiş Krallığın Müdafiə Araşdırmaları İnstitutunun Maliyyə Cinayətləri və Təhlükəsizlik Araşdırmaları Mərkəzinin direktoru Tom Keatinq, Rusiya ilə dost ölkələrə məhsullarının satışında artım görən Britaniya istehsalçılarını “qeyd etmək üçün meyxanaya” getməkdənsə, “həyəcan təbili çalmağa” çağırıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sky News” xəbər verir.
Xəzinədarlığın Seçmə Komitəsinin araşdırması zamanı Keatinq...“ixracatçıların bu məsuliyyəti banklara həvalə etməkdənsə, satışlarına nəzarətdə daha fəal olmalıdırlar”- deyib.
Onun sözlərinə görə, bu, Avrasiya İqtisadi Məkanı ilə iş görməkdən imtina etmək üçün əsas deyil.
Bunun əvəzinə, o, İngiltərə istehsalçılarına və ixracatçılarına satışlarda artım görsələr, “bu, şübhəli bir əməliyyat barədə məlumat vermək, həyəcan təbili çalmaq və kömək istəmək üçün əsas olduğunu” izah etməyə çağırıb.
... “Sky News”un qeyd etdiyi kimi, Keatinqin bu bəyanatları kanalın Britaniya avtomobillərinin Rusiya ilə qonşu olan ölkələrə, ilk növbədə Azərbaycana satışının kəskin artması ilə bağlı reportajı fonunda səslənib.
Maraqlıdır ki, bu il Moskva avtosalonlarında lüks avtomobillərə rast gəlmək mümkün olduğu da hesabatda öz əksini tapıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB