...Sosial şəbəkələrdə Milli Hərəkatın sədri Levan Xabeişvilinin üz-çənə nahiyəsindən xəsarət alan fotosu yayılıb.
SİA “Azadlıq” radiosuna istinadən xəbər verir ki, müxalifətçinin qaşı partladılıb, gözünün altında qançır, görünür, burnu sınıb və dişi tökülüb.
Xabeişvilinin partiya üzvləri iddia edirlər ki, o, “xarici agentlər” haqqında qanuna qarşı keçirilən mitinqdə polis tərəfindən vəhşicəsinə döyülüb.
...Məni heç nə incitmir. Göz şişməsi də, bədən ağrısı da... hər şey keçəcək, amma putinçilərə qarşı mübarizə davam etməlidir.
Qeyd edək ki, klinikadan Xabeişvilinin özü sosial şəbəkələrdə belə bir videomüraciət yayaraq bildirib.
...“Vətəndaşlar” siyasi birliyinin lideri Aleko Elisaşvili də polislər tərəfindən döyülüb.
...Məni də sürüyüb apardılar, amma Levanın şəklini görəndə... Hansı partiyanı təmsil etməyimin fərqi yoxdur, deputatla belə davrana bilməzsən, onunla it kimi davrana bilməzsiniz. Bunu Elisaşvili deyib.
Deyilənlərə görə, bundan əvvəl bir neçə polis əməkdaşı “Aqmaşenebeli Strategiya” partiyasının lideri Giorgi Vaşadzeyə hücum etməyə cəhd edib.
Amma partiya liderinin dedoiyinə görə,..”qaçıb aradan çıxa bilib”.
Bu arada “Formula” TV amerikalı vəkil Ted Jonas Tbilisinin mərkəzində etiraz aksiyasının dağıdılması zamanı döyüldüyünü bildirir.
KİV-in məlumatına görə, ABŞ vətəndaşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zorakılığa məruz qalıb – vəkilin dişləri qırılıb və burnu sındırılıb.
Xatırladaq ki, mayın 1-nə keçən gecə etirazçıların dağıdılması zamanı polis xüsusi vasitələrdən istifadə edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB