Parlament xarici agentlər haqqında qanunu qəbul edib

...Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini ikinci oxunuşda səs çoxluğu ilə qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, plenar iclas qanunverici orqanın internet saytında yayımlanıb.

...83 nəfər dəstəkləyir, 23 nəfər əleyhinədir. Layihə ikinci oxunuşda qəbul edilib.

Bunu parlamentin spikeri Şalva Papuaşvili bildirib. ...Gələcəkdə deputatlar “Xarici təsirin şəffaflığı haqqında” qanuna komitələrdə və plenar iclasda üçüncü oxunuşda baxmalı olacaqlar.

Müxalifətin ölkə boyu davam edən etirazlarına baxmayaraq, parlament mübahisəli qanun layihəsini qəbul edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiyalarda onlarla insanı saxlayıblar.

...Gürcüstan hakimiyyətinin hərəkətlərinə görə Avropa Parlamenti respublikanı Avropa İttifaqına üzvlüyə namizəd statusundan məhrum etmək istəyirdi. Həmçinin, Avropa İttifaqının maliyyələşdirməsini dayandırmaq və hakim “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək çağırışı olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə