Almatıda da “parad” olmayacaq...

...Bu il Almatıda qazaxıstanlı Böyük Vətən Müharibəsi (İkinci Dünya Müharibəsi) veteranlarının xatirəsinə yürüş olmayacaq.

SİA xəbər verir ki, Əfqanıstan müharibəsi veteranlarının və əlillərinin ictimai birlikləri şurasının rəhbəri Murat Abduşkurovun açıqlamasına görə, şəhər hakimiyyəti tədbiri keçirməkdən imtina edib.

Xatırladaq ki, keçən il də yürüş keçirilməmişdi.

Abduşkurov izah edib ki, bu il imtinanın səbəbləri Almatı hakimiyyəti tərəfindən dünyada yaranmış təlatümlü vəziyyət, daşqınlarla bağlı problemlər və mümkün təxribatlar kimi göstərilib.

Onun sözlərinə görə, “Akimat bunu təhlükəsiz oynamaq istəyir”.

Bu il tədbir onlayn şəkildə keçiriləcək.

Yeri gəlmişkən, şəhərdə 44 İkinci Dünya Müharibəsi iştirakçısı yaşayır - hakimiyyət onlara Qələbə Günü üçün 2 milyon tenge və ya 4,5 min dollar ödəniş təmin edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə