"Biz hər şeyə hazır olmalıyıq..."

"Borussiya"nın baş məşqçisi PSJ ilə oyun haqda danışıb

"Borussiya"nın (Dortmund) baş məşqçisi Edin Terziç Çempionlar Liqasının yarımfinalında PSJ ilə matçlarla bağlı gözləntilərini bölüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə mütəxəssis UEFA-ya açıqlama verib:

“PSJ-ni necə dayandırmaq olar sualının cavabını tapmaq çətindir. Düşünürəm ki, hər bir rəqib Kilian Mbappeni bağlamaq istəyir, lakin bu, həmişə alınmır. Biz hər şeyə hazır olmalıyıq. Nə yaxşı ki, biz çox şey yaşamışıq. Çətin rəqibləri məğlub etməklə bu yarımfinala layiq olduq. Biz həddi aşmamalıyıq, amma öz qabiliyyətlərimizə arxayın olmalıyıq. Planımız var, bu 2 bərabər matç olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə