Çinin cənubundakı Quandun əyalətində dəhşətli hadisə baş verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, oradakı sürətli yol çöküb.
Dağıntılar altından 20 avtomobil tapılıb.
İlkin məlumata görə, 24 nəfər həlak olub, daha 54 nəfər yaralanıb, onlardan 30-u xəstəxanaya yerləşdirilib.
Qəza yerində axtarış işləri davam edir.
Magistral yolda avtomobillərin hərəkəti dayandırılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə