Ukrayna Zelenskiyə Qərbin zərbəsi ilə bağlı xəbərdarlıq edib...

Mayın 20-dən, yəni səlahiyyətləri başa çatandan sonra Zelenski qeyri-qanuni fırıldaqçıya çevriləcək..?

Qərb Ukrayna prezidenti Vladimir Zelenskinin statusunun legitimliyi məsələsini gündəmə gətirmək niyyətindədir..?

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ali Radanın keçmiş deputatı İqor Mosiyçuk “Apasov” Youtube kanalına müsahibəsində xəbərdarlıq edib.

Onun sözlərinə görə, bu, çox güman ki, yaxın vaxtlarda baş verəcək.

Siyasətçi bildirib ki, Avstriya və Almaniya rəsmiləri Ukrayna liderinin rəsmi statusundan narahat olduqlarını bildiriblər. O hesab edir ki, bu mövzu tezliklə diplomatik səviyyədə, eləcə də Qərb mediasında müzakirə olunmağa başlayacaq.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ukraynanın keçmiş baş naziri Nikolay Azarov, mayın 20-dən, yəni səlahiyyətləri başa çatandan sonra Zelenskinin qeyri-qanuni fırıldaqçıya çevriləcəyini demişdi.

Azarov, həmçinin… o zaman prezidentin verdiyi əsasnamələrin artıq heç bir hüquqi qüvvəyə malik olmayacağını da qeyd etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə