Şəmkirdə inşaat materialları mağazası yanıb

Şəmkirdə yanğın hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

Kənd ərazisində yerləşən inşaat materialları mağazasında anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə