“Bir sıra Aİ ölkəsinin Fələstini rəsmən tanımasını gözləyirik”

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cosep Borrell bir sıra Avropa İttifaqı ölkələrinin may ayında Fələstini rəsmən tanımasını gözlədiklərini söyləyib.

İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən Dünya İqtisadi Forumunda iştirak edən C.Borrell jurnalistlərə verdiyi açıqlamada Fələstin dövlətinin tanınması təşəbbüsləri ilə bağlı qiymətləndirmələr aparıldığını bildirərək deyib: "İki dövlətli həll Fələstinin tanınması məsələsini də həll etməlidir. Çünki dövlət olmayan bir ölkə üçün “iki dövlətli həll” yolu mümkün deyil.

Bir sıra Aİ ölkəsi mövcud şərtləri nəzərə alaraq Fələstini tanımaq imkanını gördüklərini açıqlayıblar. Onların may ayından Fələstin dövlətini tanıyacağına ümid edirəm”.

SİA-nın əldə etdiyi məlumata görə, İrlandiya, Sloveniya, Malta və Norveç Fələstin dövlətinin tanınması məsələsinə İspaniyanın təşəbbüsü ilə qoşulub.

Bütün xəbərlər Facebook səhifəmizdə