“Putin yer üzündə heç kimin cəsarət etmədiyi bir şey etdi...”

O, “JPMorgan”ın aktivlərini ələ keçirməklə ABŞ-ın iqtisadi müharibə elan etməsinə cavab verdi
“Putin yer üzündə heç kimin cəsarət etmədiyi bir şey etdi...”

...Bu gün Rusiya ilə ABŞ arasında birbaşa iqtisadi müharibə gedir. Qeyd edilməlidir ki, bu hansısa vasitəçilərlə yox, iki ölkə arasında gedən müharibədir.

Bəzi iddialara görə, Bayden Putinin geri çəkiləcəyini, blef etdiyini düşünürdü. Amma belə olmadı. Əksinə, Putin, sadəcə olaraq, yer üzündə heç kimin cəsarət etmədiyi bir şey etdi. Belə ki, o, dünyanın ən böyük Amerika bankı “JPMorgan”-ın yarım milyard dollar dəyərində aktivlərinə həbs qoyub.

Və indi vəziyyətin nəzarətdən necə çıxacağını görəcəyik. Bu müddət ərzində Amerika banklarından nə qədər aktiv müsadirə olunacaq?

Prinsipcə, Putin “...bizim kifayət qədər vaxtımız var, biz daha ABŞ-ın özümüzə sataşmasına icazə verməyəcəyik”-deyir.

Əslində bu, mahiyyət etibarı ilə dollardan daha da intensiv templə imtina etməkdir.

Bu həm də Baydenin keçən həftə etdiyinə cavab idi.

Qeyd edək ki, “Baydenin etdiyi” əsas mediada işıqlandırılmadı: Konqres REPO Aktını qəbul etdi.

Təbii ki, ən çox diqqət çəkən məqam Ukraynaya 61 milyard dollarlıq silah və yardımın ayrılmasıdır.

Amma REPO Aktı əslində birbaşa Rusiyaya qarşı müharibə elanıdır.

Fakt budur ki, REPO qanunu Bayden administrasiyasına Amerika banklarında saxlanılan yüz milyardlarla dollarlıq suveren Rusiyanın aktivlərini ələ keçirmək və sonra onları birbaşa Avropanın ən korrupsiyalaşmış ölkəsi olan Ukraynaya göndərmək səlahiyyəti verir.

Bu, qeyd etdiyimiz kimi, görünməmiş bir addım və açıq-aşkar müharibə elanıdır.

Yeri gəlmişkən, Ukrayna hökumətinin Avropanın ən korrupsiyalaşmış hökuməti olduğu hələ ki, necə deyərlər “malalanır”.

Amma buna baxmayaraq,.. ABŞ Dövlət Departamenti bu yaxınlarda korrupsiya və insan hüquqlarının pozulması ilə bağlı son illik hesabatını dərc edib.

Belə ki, hesabatda ABŞ Dövlət Departamenti Ukraynanın mərkəzində dayanan insan haqlarının pozulması və korrupsiyaya diqqət çəkir.

Təbii ki, Rusiyadan oğurlanan milyardlar dollar şəkilində onlara göndəriləcək?

...Etiraf edilməlidir ki, bundan yaxşı heç nə gəlməyəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu “Redacted”in gəldiyi qənaətdir...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə