Naxçıvanda Gender bərabərliyi və qadın problemləri üzrə mərkəz yaradılıb

Mayın 1-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, iclasda şuranın Gender bərabərliyi və qadın problemləri üzrə mərkəzinin yaradılması haqqında qərar qəbul edilib. Mərkəzin sədri və üzvləri seçilib.

Sonra Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda Şuranın ümumi işlər bölməsinin müdiri Nüsrət Əsədov qərar layihəsini oxuyub. Bildirilib ki, mərkəz azı 5 nəfər üzvdən ibarət tərkibdə təşkil edilib və daimi əsaslarla fəaliyyət göstərəcək.

Daha sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının Gender bərabərliyi və qadın problemləri üzrə mərkəzinə direktor təyin olunan Günel Nur çıxış edib. O bildirib ki, mərkəz Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının strukturlarında, eləcə də təşkilatlarda ona üzv olan qadınların potensialını və rolunu gücləndirməyə, qarşılarında duran maneələri azaltmağa və bütün sahələrdə gender bərabərliyinə nail olmaq üçün layihələr həyata keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə