Nigeriya ABŞ-dan pullarını qaytarmasını tələb edir

Nigeriya hökuməti Amerika Birləşmiş Ştatlarını ölkə hakimiyyətinin oğurladığı pulları qaytarmağa çağırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Nigeriyanın xarici işlər naziri Yusuf Maitama Tuqqar hökumətin Nigeriya rəsmiləri tərəfindən ölkə xaricinə qaçaqmalçılıq yolu ilə aparılan milyonlarla dollarının geri qaytarılması üzərində çalışdığını bildirərək deyib: “ABŞ-ın ölkəyə qaytardığı 308 milyon dollar bu illər ərzində qaçaqmalçılıq yolu ilə aparılan pullarla müqayisədə azdır.

Nigeriya hökumətinin inkişaf tərəfdaşları ilə bağlanmış müqavilələr çərçivəsində xaricə qaçaqmalçılıq yolu ilə aparılan pulları öz vətəndaşlarının ümumi mənfəəti üçün istifadə edəcək.

ABŞ-ı pulları geri göndərməyə çağırırıq. Bu vəsait yollar, məktəblər, təhsil və investisiya tələb edən mühüm sektorların inkişafı üçün layihələrə ayrılacaq”.

Qeyd edək ki, Nigeriya hökuməti məmurlarının ABŞ və başqa ölkələrə milyonlarla dollar dövlət pulunu qaçaqmalçılıq yolu ilə keçirdiyini bildirir.

Bütün xəbərlər Facebook səhifəmizdə