Dünya Bankının Türkiyə üzrə direktoru Humberto Lopez Türkiyənin iqlim dəyişikliyi sahəsində gördüyü işləri yüksək qiymətləndirib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Türkiyə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhasekinin də iştirak etdiyi Türkiyə Karbon Bazarının İnkişafı Layihəsinin açılış mərasimində çıxışında H.Lopez deyib: “Türkiyə iqlim dəyişikliyi sahəsində gördüyü işlərlə liderlik mövqeyinə çatıb. Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinə şahidi olduqlarımıza görə təqdir düşür.
Türkiyənin bərpa olunan enerji təşəbbüs planları da müsbət şəkildə irəliləyir və iqlim dəyişikliyinin həllinə töhfə verir.
Dünya Bankı qarşıdakı 3 ildə Türkiyənin bu sahədəki fəaliyyətləri üçün 18 milyard dollarlıq paket və bunun 12 milyardını özəl sektora dəstək üçün ayırdı.
Meşə yanğınları ilə mübarizəyə dəstək, sudan istifadə, quraqlıq, sel kimi məsələlərlə bağlı da proqramlarımız var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB