Xınalığa dolu düşüb

Mayın 1-də saat 16:30-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Quba-Qusar bölgəsinin dağlıq ərazilərində şimşək çaxıb, arabir yağış yağıb. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Saat 15:55-16:05 aralığında Xınalığa diametri 5 mm olan dolu düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə