Orduxan əvvəldən“zad” çıxmışdı KÖŞƏ YAZISI

Deyir, sən saydığını say, gör fələk nə sayır. Məsələ də ondadır ki, fələklə oyun-oyun oynayanın özü-öz fələyini, hələ üstəlik də kələyini kəsdi. Söhbət Orduxandan gedir, Teymurxanın oğlu Orduxandan, yəni Hollandiyada gah bu, gah da digər şəkildə meymunluq edib, Azərbaycan dövlətinə qarşı çıxan Bəbirovdan. Demə, bu gəda elə həqiqi gədaymış, özü də Rusiya “QRU”sunun - xüsusi kləşfiyyat idarəsinin gədası. Nə xalq azadlığı hərəkatında, nə Qarabağ savaşında, nə də digər ümummilli məsələlərdə ortada olmayan birinin birdən-birə “cırt” eləyib ortaya çıxması həqiqətən də bir çoxlarını düşündürürdü. Düşündürürdü ki, aya, axı bu Orduxan haradan hoooppp eləyib, siyasi meydana atıldı, üstəlik, xüsusi təlxəklikləri ilə “populyarlıq” qazandı?

Siyasi fahişə obrazı

İndi isə hər şey məlum olmağa başlayıb. Bu gəda rus kəşfiyyatının qaranlıq dairələrinin Avropaya göndərilmiş köpəyi imiş ki, Azərbaycan dövlətinə qarşı hürməklə məşğul olub. Elə-belə deyil ki, onu ən çox dəstəkləyən tərəf məhz “Milli Şura” olub. Həmin “Milli Şura” ki, bu qurum da 2013-də Rusiyanın qaranlıq dairələrinin sifarişi ilə təsis edilərək, Azərbaycanın dövlətçilik maraqlarına qarşı yönəlmişdi. Nə isə, “Milli Şura”dan, onun tərkibindəkilərdən zatən məlumatlıyıq.

Əsası isə budur ki, Orduxanı şəxsən tanıyan birinin ölkə mediasına verdiyi məlumat özündə bütün həqiqətləri göstərir, o cümlədən, onun sosial şəbəkələrdəki siyasi fahişə obrazını canlandırmasının əsas tərəflərini açığa çıxarmış olur. Ta Sovet ordusunun xüsusi təyinatlı (Hava desantı) qüvvələrindəki xidmətindən tutmuş Azərbaycanda xalq hərəkatını boğan cəza dəstələrində xidmət eləməsinə qədər..! Üstəlik, Xankəndində, Lənkəranda, Sumqayıtda, Mingəçevirdə və s. yerlərimizdə hərəkat üzvlərinin tutulmasında, güllələnməsində və s. hadisələrdəki iştirakı da buraya əlavədir.

Axırda o qədər çərənlədi ki...

Ümumiyyətlə, öz fələyini və kələyini, hətta torbasını bilərəkdən, ya da bilməyərəkdən tikən Orduxan Teymuyrxan axırda o qədər çərənlədi ki, paraşütçü desant olduğunu, “BTR” sürdüyünü və s. idman növləri ilə məşğul olduğunu dolayısı ilə etiraf elədi. Hələ onun Sovet dönəmində cəza dəstəsində keçirdiyi xidməti dövrlərinin fotolarını demirəm...

Beləliklə, Orduxanın da kitabı belə bağlandı. İndi növbə o birilərinindir. Görək o biri gəda-güdalar kimlərə, hansı erməni lobbilərinə, ya da xarici kəşfiyyatlara işləyiblər. Yavaş-yavaş onların da maskalarının yırtılma vaxtı məlum olacaq. Vaxt var, zaman var...

RÖVŞƏN

P.S. Orduxanın ifşası onun başına yaman dərd olacaq. Hətta o, Avropanın göbəyində “QRU”-nun “təsadüfən” şütüyən maşıınının təkərləri altında “ehtiyatsızlıq” üzündən “əzilib”, gərəksiz həyatını da itirə bilər...

Bütün xəbərlər Facebook səhifəmizdə