Ərdoğan yaxın günlərdə Putin və Zelenski ilə görüşəcək ÇAVUŞOĞLU

Türkiyənin xarici işlər naziri Çavuşoğlu prezident Ərdoğanın yaxın günlərdə Putin və Zelenski ilə görüşəcəyini bildirib. SİA xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu gündəmlə bağlı açıqlamalar verib.

Çavuşoğlunun çıxışından diqqət çəkən məqamlar belədir: " Taxıl daşınmasının davam etməsi üçün problemlər aradan qaldırılmalıdır. Türkiyə olaraq səylərimizi davam etdirəcəyik. Türkiyə həll üçün danışıqları davam etdirəcək. Prezidentimiz bu gün Ukrayna prezidenti Zelenski ilə telefonla görüşəcək. Prezidentimiz şəxsən taxıl dəhlizinin fəaliyyəti ilə maraqlanır. Bir tərəfdən müharibə davam edir, kədərli görüntülər davam edir. Bizim töhfəmizlə əsasən iki ölkə arasında etimadın möhkəmləndirilməsi tədbirləri oldu".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə