Polşa ordusuna “Bayraktar TB2" zərbə tipli pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyası təhvil verilib. SİA xəbər verir ki, bu barədə Polşa baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşçak məlumat yayıb.
"Bayraktar"ların ölkənin şimal-şərqində yerləşən Miroslavec şəhərindəki bazaya təhvil verilməsi münasibətilə təntənəli mərasim keçirilib. Nazir qeyd edib ki, PUA-ları idarə edəcək hərbçilər artıq Türkiyədə təlim keçiblər.
Qeyd edək ki, Polşa "Bayraktar TB2" PUA-larını ötən il sifariş verərək bu silahları alan ilk NATO ölkəsi olub. "Baykar" şirkəti tərəfindən istehsal edilən sistemlər dünyanın 20-yə yaxın ölkəsinə saılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB