"Əgər onlar sülh tərəfdarıdırlarsa, bu qədər silah göndərmələri nə deməkdir?"
“Biz Ukraynada müharibədə iştirak edən tərəflərə heç bir silah göndərməmişik”, SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani keçirdiyi həftəlik mətbuat konfransında deyib.
“Təəssüf olsun ki, siyasi mövzulara söykənən xəbərlər dərc olunur. İran dəfələrlə bəyan edib ki, Rusiya və Ukrayna arasında müharibənin tərəfi deyil və heç bir tərəfə silah göndərməyib”, - o qeyd edib.
N.Kənani bildirib ki, İran Suriya və İraqla olduğu kimi, Ukraynadakı müharibənin də əleyhinədir: “Hərbi münaqişəni dayandırmaq üçün səylər göstəririk. Müharibənin bir tərəfinə milyonlarla dollarlıq silah ixrac edən ölkələrin İrana qarşı təbliğata başlaması acı ironiyadır. Əgər o ölkələr sülh tərəfdarıdırlarsa, bu qədər silah göndərmələri nə deməkdir? İran siyasi həll yolu axtarır və biz buna çalışırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB