Kremlin sözçüsü Dmitriy Peskov NATO-nun Ukrayna münaqişəsində iştirak etdiyini vurğulayıb. SİA xəbər verir ki, Peskov bu barədə "Rossiya 1" televiziyasına danışıb.
Peskov bildirib ki, bu, bizim hədəflərimizə və proqnozlarımıza heç bir şəkildə təsir etmir: "Ona görə də əməliyyat davam edir və sona qədər aparılacaq. Bir tərəfdən Kiyev rejimi, bir tərəfdən NATO-nun potensial müdaxiləsi əlavə yükdür. Amma bizim potensialımız bizə bu şərtlər altında əməliyyatı davam etdirməyə imkan verir”.
Avropada Rusiya qazına tavan qiymət tətbiqi ilə bağlı müzakirələri dəyərləndirən Peskov vurğulayıb ki, hazırda bir çox ölkələr tələsik qərarlarının nəticələri ilə üz-üzədir: "Qiymət tavanının tərəfdarları sırasına qoşulmaq təbii ki, vətəndaşları üçün çətinlik yaradacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB