Fransada minlərlə insan küçələrə axışdı

Fransada minlərlə insan küçələrə axışdı

Fransanın paytaxtı Parisdə minlərlə insan ölkədə yaşayışın baha olmasına və iqlim dəyişikliyi ilə mübarizədəki həssaslığa etiraz etmək üçün küçələrə çıxıb. SİA xəbər verir ki, Millət Meydanından yürüşə başlayan nümayişçilərin Bastiliya meydanı istiqamətində irəliləmələri gözlənilir. Nümayişçilər maaşların artırılmasını, iqlim dəyişikliyi ilə mübarizədə daha fəal siyasətin aparılmasını və Fransa prezidenti Emmanuel Makronun prezident seçkiləri kampaniyasının əsas vədlərindən biri olan mübahisəli pensiya islahatından imtina etməyi tələb edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə