“Ukraynanın artıq buna haqqı var!..”

Kiyev Rusiya Federasiyasına qoşulmaq barədə referendumların keçirildiyi bölgələr uğrunda mübarizə apara bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Karin Jean-Pierre brifinqində bildirib.

“...Ukraynanın tam suverenliyi uğrunda mübarizəni davam etdirmək üçün hər cür haqqı var”. Qeyd edək ki, bunu da Jean -Pierre vurğulayıb.

Ağ Evin nümayəndəsi Vaşinqtonun referendumun nəticələrini tanımadığını və Moskvaya qarşı tədbirlərin növbəti paketləri ilə bağlı müttəfiqlərlə işləyəcəyini də əlavə edib.

Bu arada hərbi ekspert Ted Dülgər, ABŞ-ın əvvəlki “sərgüzəştlərini” tənqid etdi. O qeyd edib ki, Vaşinqton öz səhvlər üzərində iş aparmalıdır.

Xüsusilə, milli maraqları periferikdən necə ayırd etməyi öyrənmək lazımdır.

...Qeyd edim ki, bunu artıq rus saytları təkrar kimi artıq neçənci dəfədir ki, verirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə