Çexiyada əhalinin artan enerji qiymətlərinə etirazı

Çexiyanın paytaxtı Praqada əhali meydanlara toplaşaraq etiraz ediblər. SİA xəbər verir ki, əhali artan enerji qiymətlərinə etiraz edir. Etirazçılar bildirir ki, Rusiyadan təbii qaz idxalı üçün birbaşa danışıqlara aparılmalıdır. Ötən həftələrdə də Praqada 100 minə yaxın nümayişçi meydana toplaşıb. Rusiyadan təbii qazın idxalı üçün Praqa ilə Moskva arasında birbaşa danışıqlara başlanması tələbi ilə keçirilən nümayişlərdə Ukrayna böhranına hökumətin qərəzli münasibəti də tənqid edilib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə